“Qalatasaray”da yeni müqavilə

“Qalatasaray”da yeni müqavilə
"Qalatasaray” kapitan Fernando Muslera ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, İstanbul klubu uzun müddətdi zədəli olan Uruqvay millisinin qapıçısı ilə yeni müqaviləni razılaşdırıb. Yeni anlaşmanın müddəti 2021-ci ilin yayına qədər olacaq. Muslera maaşında endirim etməyi qəbul edib.
"Qalatasaray" qolkiperlə yanaşı, braziliyalı müdafiəçi Markaonun da müqavilə müddətini 2024-cü ilin yayına qədər uzatmaq niyyətindədi. Avropa klublarının maraq dairəsində olan "sambaçı”nın illik məvacibi 850 min avroya yüksəldiləcək.
Qeyd edək ki, Muslera 2011-ci ildə "Latsio"dan "Qalatasaray"a 6.75 milyon avroya transfer olunub. Uruqvaylı qolkiper iyunun 14-də "Çaykur Rizəspor"la oyunda ağır zədə alıb və həmin vaxtdan oynamır.
Markao isə 2019-cu ildə Portuqaliyanın "Çaves" klubundan Qalatasaray”a 4 milyon avroya transfer olunub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər