"Qalatasaray”da braziliyalı futbolçu

"Qalatasaray”da braziliyalı futbolçu

"Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Assunsaonu heyətinə qatıb.

21 yaşlı futbolçu Portuqaliyanın “Famalikan” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.   Qeyd edək ki, Assunsao Madrid “Atletiko”sunun yetirməsidir. O, 2019-cu ildən “Famalikan”da çıxış edirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər