"Qalatasaray"da ağır itki: yeni transferin ayağı sındı

"Qalatasaray"da ağır itki: yeni transferin ayağı sındı
"Qalatasaray"ın dünən "Ərzurumspor”la keçirdiyi Super Liqa matçında zədələnən Əmrə Akbabanın durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ayağında sınıq aşkarlanan futbolçu sabah əməliyyat olunacaq. Onun nə vaxt yaşıl meydanlara dönəcəyi açıqlanmayıb.
Qeyd edək ki, "Qalatasaray" Əmrə Akbabanı bu yay "Alanyaspor"dan 4 milyon avroya alıb. 25 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 8 rəsmi oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər