"Qalatasaray" ötən mövsümün ikinci yarısında icarə əsasında "Qalatasaray"da çıxış edən Yuto Naqatomonun transfer hüququnu alıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Yapon futbolçu üçün İtaliyanın "İnter" klubuna 2,5 milyon avro öənilib.
Naqatomo ilə iki illik müqavilə razılaşdırılıb. O, mövsüm 2 milyon avro maaş alacaq.
Naqatomo ötən mövsüm "Qalatasaray"ın heyətində 16 rəsmi oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Fanat.Az