"Qalatasaray" transfer bombasını partladır: 38 milyonluq ulduz gəlir

"Qalatasaray" transfer bombasını partladır: 38 milyonluq ulduz gəlir
"Qalatasaray" "Milan"ın ulduzuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" İtaliya klubundan Andre Silvanı icarəyə götürmək istəyir. UEFA-nın maliyyə kriteriyalarını pozan "Milan" cəza almamaq üçün bu yay xərclərini azalda bilər. 
22 yaşlı hücumçu ötən mövsüm 40 rəsmi oyuna çıxsa da, cəmi 10 klub və 2 məhsuldar ötürmə edib. Baş məşqçi Cennaro Qattuzo 20 yaşlı  Patrik Qutroneya daha çox şans verib. Gənc forvard 46 oyunda 18 qol vurub və 6 məhsudar öürmə edib.
"Milan" Portuqaliya millisinin "DÇ-2018" üçün heyətində yer alan Silvanı icarəyə verərək həm onun maaşından xilas olmağa, həm də müəyyən məbləğdə pul qazanmaq istəyir. Bu fürsətdə yararlanmaq niyyətində olan "Qalatasaray" artıq danışıqlara start verib. "Qalatasaray"ı Çepionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması futbolçunun seçiminə təsir edə bilər.
Qeyd edək ki, "Milan" Silvanı 2017-ci ilin yayında "Portu"dan 38 milyon avroya alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər