"Qalatasaray" Rusiya millisinin hücumçusunu transfer edir

"Qalatasaray" Rusiya millisinin hücumçusunu transfer edir
"Qalatasaray" Rusiya millisinin və "Zenit"in futbolçusu Artyom Dzyubanı transfer edir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçunun meneceri danışıqlar aparmaq üçün İstanbula dəvət olunub. Danışıqların nəticəsi yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. O, cari mövsümdə Rusiya Premyer Liqasında 2 oyuna çıxaraq bir qol vurub. 30 yaşlı forvard Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 2011-ci ildən çıxış etdiyi millidə keçirdiyi 28 oyunda 14 qola imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər