"Qalatasaray" qapıçısını icarəyə verdi

"Qalatasaray" qapıçısını icarəyə verdi

“Qalatasaray” qapıçısı Berk Balabanı icarəyə verib.

Fanat.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 22 yaşlı qolkiperi 2-ci liqa təmsilçisi “İskenderunspor”a icarəyə göndərib.

Bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb. Berkin 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacağı bildirilib.

Qeyd edək ki, Berk Balaban “Qalatasaray”ın öz yetirməsidir. O, əvvəlki mövsümlərdə “Ankaraspor” və “Niğde Anadolu” klublarında da icarədə oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər