"Qalatasaray" nigeriyalı forvard transfer etdi: maaşı açıqlandı

"Qalatasaray" nigeriyalı forvard transfer etdi: maaşı açıqlandı
"Qalatasaray" "Everton"un hücumçusu Henri Onyekurunu heyətinə qatıb.
Fanat.A xəbər verir ki, İstanbul klubu 21 yaşlı nigeriyalı futbolçunu icarəyə götürüb.
"Qalatasaray" bir illik icarə müqaviləsinə əsasən "Everton"a 800 min avro ödəyəcək. Henri Onyekuru mövsüm ərzində 1,2 milyon avro maaş alacaq. Bundan başqa ona Super Liqa və avrokubok matçlarında hər qələbə üçün 10, Türkiyə Kuboku oyunarında hər qələbə üçün 5 min avro mükafat veriləcək.
Qeyd edək ki, Henri Onyekuru 2017-ci ildə Belçikanın "Eupen" klubundan 8 milyon avroya "Everton"a transfer olunub. O, İngiltərə kulbunda debüt etməyib və 2017/18 mövsümündə "Andrelnxt"ə icarəyə verilib. 21 yaşlı forvard ötən mövsüm Belçika klubunda 28 rəsmi oyuna çıxaraq 10 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər