“Qalatasaray” icarəyə götürdüyü futbolçunu icarəyə verdi

“Qalatasaray” icarəyə götürdüyü futbolçunu icarəyə verdi
"Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu Kostas Mitroğlunu PSV-yə icarəyə verib. Bu barədə "Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.
 
Klubdan bildirilib ki, PSV "Qalatasaray”a 1 milyon 250 min avro icarə haqqı ödəyəcək. Amma Türkiyə çempionu futbolçunun özünə 1 milyon 950 min avro verəcək.
 
Qeyd edək ki, Mitroğlu əslində müqavilə ilə Fransanın "Olimpik” (Marsel) klubuna məxsusdu. "Qalatasaray” 31 yaşlı forvardı ötən mövsüm 1,5 illik icarəyə götürmüşdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər