"Qalatasaray" hazırda həbsdə olan futbolçunu transfer edir

"Qalatasaray" hazırda həbsdə olan futbolçunu transfer edir
Qış fasiləsinhdə heyətinə hücumçu qatmaq istəyən "Qalatasaray" hazırda həbsdə olan futbolçuya elçi düşüb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu "Zenit"in və Rusiya millisiniin forvardı Aleksandr Kokorini transfer etmək istəyir.
Aleksandr Kokorin və "Krasnodar"dan olan həmkarı Pavel Mamayev Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak və aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham edilirlər. Tver məhkəməsi onların dekabrın 8-dək azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Məlumata görə, "Zenit" və "Krasnodar" klubları futbolçularla yollarını ayırmağa hazırlaşır. "Qalatasaray" isə bu şansdan yararlanaraq Kokorini heyətinə qatmağa çalışır.
Qeyd edək ki, karyerası ərzində Moskva "Dinamo"su və "Anji"də də çızış edən Kokorin 2016-cı ildən "Zenit"i formasını geyinir. Bu günə qədər meydana çıxdığı 295 rəsmi oyunda 84 qol vuran 27 yaşlı forvard 39 məhsuldar ötürmə edib. O, Rusiya millisində keçirdiyi 48 oyunda 12 dəfə fərqlənib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər