"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu "İmperator"un mövcud müqaviləsinin müddətini 2021/22 mövsümünün sonuna qədər uzadıb. Fatih Terimin hazırkı müqaviləsi 2019-cu ilin mayında başa çatacaqdı.
Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. "Cim-Bom” cari çempionatda da 18 xalla liderdi. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədi.
Fanat.Az