"Barselona"nın futbolçusu İvan Rakitiç karyerasını "Qalatasaray"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, İstanbul klubu 32 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Artıq xorvat futbolçu ilə ilk görüş baş tutub.
Qeyd edək ki, İvan Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avroya transfer olunub. Yarımmüdafiəçi ötən mövsüm 42 oyuna çıxaraq 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az