Qabanlar futbol klubunun bazasına hücum etdi

Qabanlar futbol klubunun bazasına hücum etdi
Fransanın "Nant" futbol klubuna məxsus təlim-məşq bazası qaban hücumuna məruz qalıb. Fanat.az xəbər verir ki, hadisə Yeni İl bayramı günlərində baş verib.
 
Bayramdan sonra bazaya gələn klub əməkdaşları əsas meydanın yaxınlığındakı məşq sahəsinin “şumlandığını” görüblər. Eyni zamanda, futbolçuların qaldığı binanın önü də qazılıb.
 
İlkin ehtimallara əsasən, ağaclardan biri küləyin təsirindən qırılaraq, bazanın hasarı üzərinə düşüb. Nəticədə hasar aşıb və qabanların yolu açılıb.
 
Qeyd edək ki, “Nant” hazırda Fransanın I Liqasında (güclülər dəstəsi) çıxış edir.
Lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər