PSJ yeni hücumçu transferi reallaşdırdı - RƏSMİ

PSJ yeni hücumçu transferi reallaşdırdı - RƏSMİ

"Olimpik Lion"un hücumçusu Bredli Barkola karyerasını digər Fransa nəhəngi PSJ-də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.

20 yaşlı Barkolanın transferi üçün PSJ lionlulara 45 milyon avro və daha 5 milyon bonus ödəyib. Gənc forvard parislilərlə 2027/28 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Bredli Barkola ötən mövsüm Fransa çempionatında 26 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Həmçinin, bu il o, Fransanın U-21 millisinin heyətində Avropa çempionatında çıxış edib və burada dörd oyunda iki qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər