PSJ transfer bombasını partlatdı

PSJ transfer bombasını partlatdı
PSJ yayın ilk transferini reallaşdırıb.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris klubu "Latsio"nun formasını geyinən Sergey Milinkoviç-Saviçlə anlaşıb. Məlumata görə, fransızlar Serbiya millisinin üzvü üçün İtaliya klubuna 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, Saviç 2015-ci ildə "Genk"dən "Latsio"ya 18 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 47 rəsmi oyunda 14 qol vurub və 9 məhsuldar ötürəm edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər