PSJ rəhbərliyinin komandanın baş məşqçisi Luis Enrike ilə bağlı yekun qərarı bəllidir.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə müqavilə yenilənəcək.
Tərəflər müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atacaq. Paris təmsilçisinin idarəçiləri ilə 54 yaşlı Enrikenin ötən ay razılığa gəldikləri bildirilib.
Sözügedən çalışdırıcının klubu ilə indiki müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, Enrike 2023-cü ildən PSJ-nin baş məşqçisidir.
Nihat