PSJ onu Bundesliqa klubuna icarəyə verdi

PSJ onu Bundesliqa klubuna icarəyə verdi

Fransa çempionu PSJ vaxtilə Niderlandın PSV klubuna satdığı Xavi Simonsu geri alıb.

Fanat.Az xəbər verir ki, Paris təmsilçisi bunun üçün 6 milyon avrosundan keçib.

Lakin niderlandlı futbolçu PSJ-də qalmayacaq. O, gələn kimi bir mövsümlük Almaniya “Leypsiq”inə icarəyə verilib. 20 yaşlı yarımmüdafiəçi 2024-cü ilin iyul ayında PSJ-yə qayıdacaq.

Simons ötən mövsüm PSV-də 48 oyuna 22 qol vurub. O, Niderland millisində də 4 matça çıxıb.

Yeri gəlmişkən, “Leypsiq” sol cinah müdafiəçisi Marsel Halstenberqi də Almaniyanın digər klubu “Hannover”ə satıb. Bundesliqa təmsilçisi bu keçiddən 700 min avro qazanıb. Təcrübəli futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 31 yaşlı alman futbolçu 2015-ci ildən formasını geyindiyi “Leypsiq”də 240 oyuna 16 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər