PSJ onları icarəyə göndərdi

PSJ onları icarəyə göndərdi

PSJ-nin qapıçısı Keylor Navas Fransanın klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı qapıçı İngiltərənin “Nottingem Forest” komandasına keçib.

Premyer Liqa təmsilçisi təcrübəli qolkiperi bu mövsümün sonuna kimi icarəyə götürüb.

Kosta Rika milli komandasının da qapıçısı olan Navas 2019-cu ildə Madrid “Real”ından 15 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris təmsilçisində 108 oyun keçirib. Əvvəllər “Levante”, “Albasete” və “Saprissa”nın da formasını geyinmiş Navas yığmada 110 matça çıxıb.

PSJ gənc yarımmüdafiəçisi Ayman Karini də Liqa 1-in digər təmsilçisi “Loryan”a icarəyə verib. Paris klubunun öz yetirməsi olan 18 yaşlı futbolçu Fransanın U-19 yığmasının üzvüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər