PSJ-nin səfiri Mbappenin "Real"a transferinin tamamlandığını elan etdi

PSJ-nin səfiri Mbappenin "Real"a transferinin tamamlandığını elan etdi

PSJ-nin səfiri Lor Bullo Paris klubunun forvardı Kilian Mbappenin "Real Madrid"ə transferinin həll olunduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, qadınlardan ibarət Fransa millisinin sabiq üzvünün sözlərini "RMC Sport" belə çatdırıb:

"Yetərincə ciddi və etibarlı mənbələr mənə bu keçidin artıq tamamlandığını deyiblər. Hə, bu, əvvəlki sabun operasının davamıdır. Amma 2022-ci ildə hər şey bu qədər dəqiq deyildi. İndi isə Mbappenin "Real"a transferinin həll olunduğunu bildiriblər".

Qeyd edək ki, daha öncə Avropa mətbuatında Kilianın İspaniya nəhəngi ilə 5 illik müqavilə bağlayacağı və hər mövsüm üçün 70 milyon avro qazanacağı barədə xəbərlər yayılıb. Bundan başqa, ulduz futbolçunun həm də agenti olan anasının oğlunun "Real"a transferindən müxtəlif bonuslar şəklində 100-125 milyon avro gəlir əldə edəcəyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər