PSJ-nin əsas transfer hədəfi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Florian Plattenberq yayıb.
Xəbərə görə, Paris klubu "Renn"in vingeri Dezire Dueni rənglərinə bağlamaq üçün hərəkətə keçib. Mənbə klubun sahibi Nasser Əl-Xelaifi və idman direktoru Luis Kamposun Due ilə görüşdüklərini vurğilayıb. Bu keçidin PSJ-yə 60 milyon avroya başa gələ biləcəyi də diqqətə çatdırılıb.
19 yaşlı Dezire "Renn"in öz yetirməsidir. Geridə qalan mövsümdə 43 oyunda iştirak edən gənc futbolçu 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı Dezirenin transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat