PSJ Mbappeni transferə çıxardı

PSJ Mbappeni transferə çıxardı

PSJ ulduz hücumçusu Kilian Mbappeni transferə çıxarıb.

Fanat.Az xəbər verir ki, informasiya "The Telegraph"ın jurnalisti Ceyson Bertə məxsusudur.

Xəbərə görə, Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədər olan Mbappe iş yerini dəyişməkdə qərarlıdır. Mənbə 24 yaşlı forvardın anlaşmasında şəxsi istəyindən asılı olaraq onun daha 1 il PSJ-də qalmasının nəzərdə tutulduğunu, lakin futbolçunun bu haqda düşünmədiyini vurğulayıb. İnformasiyaya inansaq, klub bossları gələn yay azad agent qismində PSJ-dən ayrılmaq ehtimalı artan Kilianı yaxşı qiymətə satmağı ən uyğun variant sayırlar.

2018-ci ilin yayında "Monako"dan transfer edilən Mbappe PSJ-də 6 mövsüm keçirib.

Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan Fransa millisinin üzvü komandasının çempionluğuna 29 qol və 6 məhsuldar ötürmə ilə yardımçı olub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər