PSJ Mbappeni saxlamaq üçün bunu da etdi - 10 illik müqavilə 

PSJ Mbappeni saxlamaq üçün bunu da etdi - 10 illik müqavilə 

PSJ hücumçusu Kilian Mbappeyə yeni uzunmüddətli müqavilə təklif edib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” öz mənbələrinə əsasən məlumat yayıb.

Nəşrin məlumatına görə, parislilər hücumçuya 10 illik müqavilə təklif edib və bu müqaviləyə görə o, bir milyard avro qazanacaq.

Mbappenin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdir. Ulduz forvard bir müddət əvvəl kluba məktub göndərib və orada komanda ilə müqaviləni yeniləməyəcəyini bildirib.

"Real Madrid" Mbappeni almağa əsas namizəd hesab olunur.

Mbappe ötən mövsüm PSJ ilə Fransa çempionu olub və turnirin bombardiri olub (29 qol). O, həmçinin Liqa 1-in ən yaxşı oyunçusu seçilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər