PSJ Kilian Mbappenin qardaşı ilə müqavilə bağladı

PSJ Kilian Mbappenin qardaşı ilə müqavilə bağladı
PSJ ulduz hücumçusu Kilian Mbappenin qardaşı İtan Mbappe ilə peşəkar müqavilə imzalayıb. 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
3 illik sözləşməyə qol çəkən 14 yaşlı futbolçu gənclər komandasında çıxış edəcək. PSJ İtanla yanaşı, digər gənc oyunçunu - Senni Mayulunu da əvəzedici komandaya cəlb edib.
 
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-nin formasını geyinir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər