PSJ italiyalı futbolçu transfer etdi

PSJ italiyalı futbolçu transfer etdi

PSJ növbəti transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, Paris nəhəngi yarımmüdafiəçi Şer Ndurun keçidini rəsmiləşdirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı Ndur PSJ-yə azad agent kimi keçib. O, yeni komandasında 27 nömrəli forma geyinəcək. İtaliyalı oyunçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

İtaliya U-20 yığmasının üzvü olan Şer Ndur ötən mövsüm "Benfika"nın ikinci komandasında 57 matça çıxıb, 5 qol vurub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər