PSJ yeni mərkəz müdafiəçisi ilə güclənməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Xəbərə görə, Fransa nəhəngi "Lill"in 18 yaşlı futbolçusu Leni Yoro ilə şəxsi müqavilə ilə bağlı razılığa gəlib. Mənbə paytaxt təmsilçisinin gənc oyunçunun klubuna da rəsmi təklif göndərəcəyini vurğulayıb.
Qeyd edək ki, Yoro 2017-ci ildən "Lill"in strukturundadır. Cari mövsüm komandasının forması ilə bütün turnirlərdə 27 matça çıxan Leni 3 qol vurub. Onun "doqlar"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.