PSJ Ernandesin transferini tamamlamaq üzrədir

PSJ Ernandesin transferini tamamlamaq üzrədir

"Bayern Münhen"in və Fransa millisinin müdafiəçisi Lukas Ernandesin PSJ-yə keçidi rəsmiləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "RMC Sport"un jurnalisti Fabris Hokins yayıb.

Xəbərə görə, "Bayern" artıq 27 yaşlı Ernandesin tibbi müayinə üçün Parisə yollanmasına icazə verib. Mənbə Paris klubunun qarşı tərəfə 47 milyon avro ödəyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Fransa yığmasının heyətində DÇ-2022-də ağır zədə alan Ernandes o vaxtdan bəri Almaniya klubunun forması ilə meydana çıxmayıb. Lukas mundialda xaçvari qopanadək - geridə qalan mövsümün başlanğıcından ötən ilin noyabrına qədər "Bayern"in heyətində 11 matç keçirmişdi.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər