PSJ Enrike ilə müqavilə yenilədiyini ictimaiyyətdən gizlədib

PSJ Enrike ilə müqavilə yenilədiyini ictimaiyyətdən gizlədib

PSJ baş məşqçisi Luis Enrike ilə müqavilə yeniləsə də, ictimaiyyətə bu barədə məlumat verilməyib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı AS yayıb.

Mənbə tərəflərin oktyabrda yeni saziş imzaladıqlarını vurğulayıb. Xəbərə görə, ispan mütəxəssis 2 illik anlaşmaya qol çəkib. Paris klubu Çempionlar Liqasında qeyri-sabit təsir bağışladığı üçün yeniliyin vaxtında açıqlanmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Enrikenin əvvəlki anlaşmasının müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər