PSJ-dən gözlənilməz həmlə: Qardaşları transfer edir

PSJ-dən gözlənilməz həmlə: Qardaşları transfer edir

PSJ yay transfer pəncərəsində Türam qardaşlarını heyətinə cəlb etməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu barədə "RTL Sport"un əməkdaşı Abdella Bulma sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Markus Türam "Borussiya Münhenqladbax"dan azad agent kimi ayrılıb və hazırda "Atletiko Madrid", "İnter" və "Milan" klublarının da diqqət mərkəzindədir. Kefren isə "Nitsa"da çıxış edir. Kefrenlə "Liverpul" da maraqlanır.

Fransalı keçmiş müdafiəçi Lilian Türamın oğlanları ilə danışıqları PSJ-nin direktoru Luis Kampos aparır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər