"PSJ-də Almaniyadakı qədər xoşbəxt deyiləm" - Randal Kolo Muani

"PSJ-də Almaniyadakı qədər xoşbəxt deyiləm" - Randal Kolo Muani

PSJ-nin hücumçusu Randal Kolo Muani Frankfurt "Ayntraxt"ını Fransa təmsilçisinə dəyişəndən sonra özünü necə hiss etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Onze Mondial" onun dediklərini belə çatdırıb:

"Almaniyada özünəinamım çox idi. Məhz buna görə meydanda uğur qazana bilirdim. Yəni özümü xoşbəxt hiss etməli və planımı həyata keçirə biləcəyimə inanmalıyam. Belədə hər şey saat kimi işləməyə başlayacaq. İndi də xoşbəxtəm. Amma PSJ-də Almaniyadakı qədər xoşbəxt deyiləm. Öncə tənqidlər mənə pis təsir etdi, çünki insanam, hisslərim var. Hazırda buna görə üzülmürəm. PSJ-nin oyunçusu olduğum üçün şadam. Hərçənd hər şey daha yaxşı ola bilərdi".

Qeyd edək ki, cari mövsüm Paris klubunun forması ilə bütün turnirlərdə 27 matça çıxan Randal 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər