PSJ baş məşqçisi Tomas Tuxellə müqavilə müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Alman mütəxəssis 2021-ci il iyunun 30-dək nəzərdə tutulan anlaşmaya imza atıb. Onunla birlikdə köməkçiləri də komandada qalacaq.
Qeyd edək ki, Tomas Tuxel PSJ-yə 2018-ci ilin iyununda baş məşqçi təyin olunub. 45 yaşlı mütəxəssisin rəhbərliyi altında klub Fransa Liqasını 91 xalla çempion kimi başa vurub. Parislilər bütün 38 qarşılaşmada qol vuran ilk komanda kimi tarixə düşüb.
Fanat.Az