PSJ Ronald Arauxonun transferi üçün "Barselona" ilə danışıqlara başlamaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Xəbərə görə, Kataloniya klubu uruqvaylı futbolçunu satmaq istəməsə də, parislilər "Barselona"nın maliyyə sıxıntısından faydalanaraq yaxşı məbləğ qarşılığında Arauxonu heyətinə cəlb etməyi planlaşdırır.
Fransa klubu müdafiəçi üçün 90 milyon avro ödəməyə hazırdır.
Röya