PSJ "Barselona"nın ulduzu üçün fantastik təklif hazırladı - MƏBLƏĞ

PSJ "Barselona"nın ulduzu üçün fantastik təklif hazırladı - MƏBLƏĞ

PSJ "Barselona"nın aparıcı oyunçularından birinə göz dikib. Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb. Mənbənin məlumatına görə, Fransa nəhəngi yarımmüdafiəçi Pedrini öz sıralarına qatmaq istəyir. Mümkün sövdələşmənin təşəbbüskarı parislilərin baş məşqçisi Luis Enrikedir.

Mənbənin məlumatına görə, Fransa çempionunun rəhbərliyi 21 yaşlı yarımmüdafiəçinin transferi üçün cəlbedici təklif hazırlayır. PSJ ispan futbolçu üçün təxminən 120 milyon avro ödəməyə hazırdır.

Pedrinin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. "Transfermarkt" yarımmüdafiəçinin dəyərini 80 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər