"Barselona"nın prezidenti postuna namizəd Viktor Font hazırkı baş məşqçi Kike Setyenlə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 47 yaşlı iş adamı prezident seçiləcəyi təqdirdə Setyenlə yola davam etməyəcəyini bildirib:
"Setyen hazırda "Barselona"nın baş məşqçisidi. Bu, özlüyündə ona hörmət etmək üçün yetərli səbəbdi. Setyen həmişə bəyəndiyim məşqçilərdən olub. Amma onun gələcəklə bağlı planlarımıza daxil olmadığını deyə bilərəm".
Font baş məşqçi postuna namizədinin Xavi olduğunu fikirlərinə əlavə edib.
Qeyd edək ki, "Barselona"da növbəti prezident seçkiləri 2021-ci ildə keçiriləcək.
Fanat.Az