Prezident futbolçunu "alkaş" adlandırdı

Prezident futbolçunu "alkaş" adlandırdı
"Terek"in belçikalı futbolçusu Conatan Legearin açıqlaması aranı qarışdırıb. Fanat.az xəbər verir ki, 26 yaşlı oyunçu vətənində verdiyi açıqlamada "Qroznıda qarşıma nələrin çıxacağını əvvəlcədən bilsəydim, nə qədər maaş təklif edirlərsə-etsinlər heç bir halda müqavilə bağlamazdım" deyib.
Legearin bu açıqlaması çeçen klubunun narazılığına səbəb olub. "Terek"in prezidenti Maqomed Daudov futbolçunun klubu təhqir etdiyini bildirib: "Bu, Legearin klubun şərəfini ayaqlar altına atdığı ilk hadisə deyil. O, cəzasını çəkəcək. Buna görə maaşını yarıya qədər azaldacağıq".
Legearin ötən il Belçikada 200 sürətlə idarə etdiyi avtomobili yanacaq doldurma məntəqəsinə vurub böyük ziyan verdiyini xatırladan Daudov "Anderlext"dən 4,5 milyon avroya aldıqları futbolçunu satmaq istədiklərini, ancaq hələ heç bir təklif almadıqlarını deyib: "Görünür ki, heç kim alxaqolik futbolçunu istəmir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər