Nepalda keçirilən Cənubi Asiya çempionatının qalibi olaraq tarixi uğura imza atan Əfqanıstan millisi vətənə dönüb. Fanat.az xəbər verir ki, səhərə yaxın Kabil hava limanına enən komandanı minlərlə azarkeş qarşılayıb.
Qarşılanma mərasiminə Əfqanıstan prezidenti Həmid Karzay da qatılıb. Dövlət başçısı yığmanın hər bir üzvünə bir ev vəd edib. Qapıçıya isə evlə yanaşı 20 min dollar verəcəyini deyib. Əfqan iş adamları isə futbolçulara maşın və pul verəcək.
Fanat.az