Premyer Liqaya yüksələn daha bir klub müəyyənləşdi

Premyer Liqaya yüksələn daha bir klub müəyyənləşdi
"Vest Bromviç" Çempionşipin 46-cı turunda "Kuinz Park Reyncers"lə 2:2 hesablı bərabərliyə razı olub.
Fanat.Az xəbər verir ki, ən yaxın izləyicisi "Brentford"un "Barnsli"yə uduzması (1:2) nəticəsində Slaven Biliçin yetirmələri Çempionşipi ikinci sırada bitirib və Premyer Liqaya birbaşa vəsiqə qazanıblar.
"Vest Bromviç" 2017-18 mövsümünün yekunlarına əsasən Çempionşipə düşmüşdü.
Qeyd edək ki, "Lids" daha öncə İPL-ə vəsiqəni təmin etmişdi. Son "bilet" uğrunda "Brentford", "Fulhem", "Kardiff" və "Suonsi" pley-off mübarizəsi verəcəklər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər