"Vest Bromviç" Çempionşipin 45-ci turu çərçivəsində oynanılan matçda "Haddersfild"ə 1:2 hesabı ilə məğlub olub.
Sona bir tur qalmış ikinci sırada qərarlaşan "Vest Bromviç"in aktivində 82 xal var. Beləliklə, Slaven Biliçin yetirmələrindən bir oyun az keçirən və 87 xalla lider olan "Lids" Premyer Liqaya vəsiqəni təmin edib.
"Lids" 2003-04 mövsümündə İPL-i tərk etmişdi. "Yorkşirlilər" maliyyə problemləri səbəbindən Liqa 1-ə düşmüş və üçüncü divizionda üç il (2007-2010-cu illər aralığı) çıxış etmişdilər.
16 il sonra "Lids"i Premyer Liqaya qaytaran baş məşqçi Marselo Byelsa komandanın uğurlarının əsas memarı hesab olunur.
Fanat.Az