İngiltərə Premyer Liqasına son vəsiqə uğrunda oynanılan Çempionşip pley-offunun final matçı keçirilib.
Fanat.Az xəbər verir ki, "Uembli" stadionunun ev sahibliyi etdiyi görüşdə "Brentford" və "Fulhem" üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmadığından, əlavə vaxta ehtiyac yaranıb. "Fulhem" Co Brayanın 105 və 117-ci dəqiqələrdəki qolları sayəsində qələbəni təmin edib. Henrik Dalsqorun oyunun sonlarında vurduğu qol təsəlli xarakteri daşıyıb.
Çempionşip
Pley-off
Final
"Brentford" - "Fulhem" - 0:0
Əlavə vaxt: 1:2
Qollar: Brayan (105, 117) - Dalsqor (120+3)
Beləliklə, "Fulhem" birmövsümlük fasilədən sonra Premyer Liqaya qayıdıb.
Fanat.Az