Premyer Liqanın tarixinə düşdü

Premyer Liqanın tarixinə düşdü
"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekord müəllifi olub.
Fanat.Az xəbər verir ki, 32 yaşlı hücumçu çempionatda ən çox het-trik edən futbolçu kimi tarixə düşüb. 
Argentinalı forvard XXII turda səfərdə "Aston Villa"nı məğlub etdikləri (6:1) oyunda rəqib qapısından 3 top keçirə bilib. Bu onun Premyer Liqada 12-ci het-triki olub. 
Aquero bu göstəricidə ingiltərəli Alan Şirerı (11) geridə qoyub.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ilin yayında 40 milyon avro qarşılığında "Atletiko"dan "Mançester Siti"yə keçib. O, bu mövsüm Premyer Liqada 16 oyuna 13 qol vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər