İngiltərə Premyer Liqasında çıxış edən klublar mövsümün davam etməsinin tərəfdarıdılar.
Hazırda mövsümün bərpası ilə bağlı müzakirələr gedir. Fanat.Az BBC-ə istinadən xəbər verir ki, ehtimallardan biri matçların neytral meydanlarda azarkeşlərsiz keçirilməsidi. Bu məqsədlə 10-a yaxın stadionun ayrılacağı bildirilir.
Premyer Liqada qalan 92 oyunun keçirilməsini təmin etmək məqsədilə təkcə futbolçular və əməkdaşlar üçün 40 min koronavirus testinə ehtiyac var.
Fanat.Az