Premyer Liqa bu tarixdə bərpa oluna bilər

Premyer Liqa bu tarixdə bərpa oluna bilər
İngiltərədə futbol mövsümü iyunun 6-da bərpa edilə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Premyer Liqa, Çempionşip, Liqa 1 və Liqa 2 rəsmiləri mövsümün yenidən davam etdirilməsi üçün 6 iyun variantı üzərində dayanıblar. İlk növbədə klublar üç həftə davam edəcək hazırlıq dönəmindən keçməli olacaqlar.
Matçların bağlı qapılar arxasında oynanılacağı gözlənilir. Daha əvvəl Premyer Liqada qalan 92 görüşün yayda beş həftə ərzində keçiriləcəyi bildirilmişdi. Hər komandanın həftədə ən azı iki oyun keçirməsi təklif olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər