Premyer Liqamızda yoluxma olarsa, hansı qərar veriləcək?

Premyer Liqamızda yoluxma olarsa, hansı qərar veriləcək?
"Hansısa komandada yoluxma olmasını istəməzdik".
Fanat.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.
O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq.
Premyer Liqa ilə bağlı sponsorluq məsələsinə də toxunan Musayev bunun yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, onlarla yenidən danışıq aparıb müqavilə bağladıq". 
Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər