"Sunday World" jurnalisti Kevin Palmer "Transfermarkt" portalının hesablamaları əsasında İngiltərə Premyer Liqasında çıxış edən klubların son 5 ildəki transfer gəlirləri və xərclərini müqayisə edib.
Fanat.Az xəbər verir ki, sözügedən periodda transferlərə xərclədiyi pul və oyunçuların satışından əldə etdiyi gəlir arasında 601,98 milyon funt fərq olan "Mançester Siti" sıralamaya başçılıq edir. "Mançester Yunayted" (484,88 milyon itki) ikinci, "Arsenal" (267,88 milyon itki) isə üçüncüdü.
"İlk beşlik"də "Everton" (225,42 milyon itki) və "Brayton"a (214,86 milyon itki) da rast gəlmək mümkündü.
Hazırda çempionatın vahid lideri olan "Liverpul" (107,58 milyon itki) sıralamada 14-cüdü.
Qeyd edək ki, son 5 ildə Premyer Liqada transferlərdən əldə etdiyi gəlirləri xərclərini üstələyən yeganə klub "Norviç"di (25,42 milyon mənfəət).
Fanat.Az