Premyer Liqada mövsümün oyunçusu müəyyənləşdi

Premyer Liqada mövsümün oyunçusu müəyyənləşdi
"Sky Sports" Premyer Liqada mövsümün ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün oxucuları arasında sorğu keçirib.
Fanat.Az xəbər verir ki, "Liverpul"un vingeri Sadio Mane 33% səs toplayaraq qalib adını qazanıb. Seneqallı futbolçunun komanda yoldaşı Cordan Henderson (31%) ikinci, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne (20%) isə üçüncü olub.
Oxucuların 5%-i Vircil van Deykə ("Liverpul"), 2%-i isə Məhəmməd Salaha ("Liverpul") səs verib.
Qeyd edək ki, Mane "The Guardian"ın versiyasına görə də qalib olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər