İngiltərə Premyer Liqasının rəhbərliyi matçlarda 5 oyunçu dəyişikliyindən istifadə edilməsinə razılıq verib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Premyer Liqanın səhmdarları bu barədə qərar qəbul ediblər.
Daha öncə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandaların matç ərzində 5 oyunçu dəyişikliyindən istifadə edə biləcəklərini açıqlamışdı. Liqalar öz istəkləri daxilində bu yeniliyin tətbiq edilib-edilməyəcəyinə dair qərar qəbul etmək haqqına sahibdilər.
Oyunlar zamanı gecikmələrin qarşısını almaq üçün əvəzetmələr matçın üç xüsusi anında, o cümlədən fasilələr zamanı mümkün olacaq. Komandalar eyni anda dəyişiklikdən istifadə etsə, qalan dəqiqələrdə onların hər ikisinin görüşü əvəzetmə məqsədilə dayandırmaq üçün iki şansı qalacaq.
İstifadə edilməmiş əvəzetmələrdən əlavə vaxtda faydalanmaq olar. Meydanı tərk etmiş futbolçuların yenidən oyuna daxil olması qadağandı.
Bu qayda 2020-ci ilin 31 dekabrına kimi qüvvədə olacaq.
Fanat.Az