Premyer Liqada 4 futbolçuda koronavirus aşkarlandı

Premyer Liqada 4 futbolçuda koronavirus aşkarlandı
İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib.
Fanat.Az xəbər verir ki, Liqanın dörd oyunçusunda koronavirus aşkarlanıb.
Virusa yoluxan futbolçuların və oynadıqları klubların adları açıqlanmayıb. Həmin şəxslərin hazırda karantində olduğu və ən azı bunun 10 gün çəkəcəyi bildirilib.
Qeyd edilir ki, yoxlama sentyabrın 7-dən 13-dək aparılıb. Futbolçular, məşqçilər və Premyer Liqa klublarının əməkdaşları arasında ümumilikdə 2 131 test keçirilib. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər