Premyer Liqa: Mövsümün ilk penaltisi boşa getdi

Premyer Liqa: Mövsümün ilk penaltisi boşa getdi
Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"la "Keşlə" arasındakı açılış matçında mövsümün ilk penaltisi təyin edilib.
Baş hakim Elçin Məsiyev 26-cı dəqiqədə "Keşlə"nin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin topa yaxınlaşan Rəhim Sadıxov penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" görüşü qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər