"Uotford"un üç üzvünün koronavirus testinin nəticəsi müsbət çıxıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, komandanın bir oyunçusu və iki işçisində koronavirus aşkarlanıb. Onlar özlərini yaxşı hiss etsələr də, 7 gün müddətinə izolyasiya şəraitində yaşamalı olacaqlar.
Bu səbəbdən "Uotford"un bəzi oyunçuları məşqlərə çıxmaqdan imtina ediblər. Premyer Liqanın bərpa olunmasına dair protokollara əsasən klublar sağlamlıqlarına görə narahat olan futbolçuları məşqlərə çıxmağa və ya oynamağa məcbur edə bilməzlər.
Premyer Liqada toplam 6 koronavirusa yoluxma halının qeydə alındığı bildirilir. Daha öncə "Börnli"nin köməkçi-məşqçisinin analiz nəticəsinin pozitiv çıxdığı məlum olmuşdu. İki yoluxma hadisəsinin olduğu digər klubun adı isə hələlik naməlumdu.
Fanat.Az