Premyer Liqa klubunun kapitanı məşqlərə qoşulmaqdan imtina etdi

Premyer Liqa klubunun kapitanı məşqlərə qoşulmaqdan imtina etdi
İngiltərə Premyer Liqasında klublara məşqlərə başlamaq üçün icazə verilib.
Fanat.Az "BT Sport"a istinadən xəbər verir ki, "Uotford"un kapitanı Troy Dini məşqlərə qoşulmaqdan imtina edib. Hücumçu özünün və ailəsinin həyatını riskə atmaq niyyətində olmadığını bildirib:
"Bizə məşqlərə başlamağa icazə verilib. Amma mən məşqlərdə iştirak etmək niyyətində olmadığımı kluba bildirdim. İyul ayının ortalarına kimi bərbərə gedib saçımı düzəltdirə bilmərəm, amma meydana çıxıb 19 nəfərlə top uğrunda mübarizə aparmaq olar... Bunu başa düşə bilmirəm. Mən, sadəcə, dedim: "Virusun təfərrüatlarını bilmirsinizsə, mən niyə özümü riskə atmalıyam?"
Xəstəliyə yoluxmaq üçün bir nəfər kifayət edir. Mən koronavirusu evə aparmaq istəmirəm. Oğlum 5 aylıqdı və nəfəs problemləri var. Onun həyatının təhlükədə olmasını istəmirəm. Mən atamı, babamı və nənəmi itimişəm. Demək olar ki, mənim üçün önəmli olan bütün insanları itirmişəm. Ona görə də indiki vəziyyətdə bu, mənim üçün cibimdəki bir neçə funtdan daha önəmlidi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər