Premyer Liqa klubunun baş məşqçisi Beqoviçdən danışdı

Premyer Liqa klubunun baş məşqçisi Beqoviçdən danışdı
İngiltərənin "Bornmut" klubunun baş məşqçisi Eddi Hay Asmir Beqoviçin "Qarabağ"a  icarəyə verilməsindən danışıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin çalışdırıcısı 32 yaşlı qolkiperin Ağdam klubuna keçməsinin onun üçün faydalı olacağını deyib:
"Beqoviçin "Qarabağ"a keçidinin bütün tərəflər üçün ən yaxşısı olduğunu düşünürəm. Onunla bu barədə fikir ayrılığı olmayıb. Düşünürəm ki, Asmir oynamaq istəyirdi və bunu dəqiq etdi. Biz də istəyinə çatması üçün ona kömək etməyə çalışdıq. Ona oynamağa icazə verdik və artıq ilk matçını keçirib. Gələcək taleyinə isə icarə müddəti bitdikdən sonra baxacağıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər